Bu qol bütün stadionu ağlatdı - VİDEO

17:19 15 Aprel 2015

Rusiyada matçda yaşanan qol sevinci bütün stadionu göz yaşlarına boğub. Bu hadisə "Anji" (Mahaçqala) - "Ximik" (Dzerjinsk) oyununda baş verib.

 

Sportarena.az xəbər verirk ki, Matç 2:0 "Anji"nin xeyrinə bitib. Oyunda qollardan birini İlya Maksimov vurub. Futbolçu vurduğu qolu ötən həftə dünyasını dəyişən 3 yaşlı qızına həsr edib. O, stadiona toplaşan hamını duyğulandırıb. 

Futbolçu qol vurduqdan sonra formasını çıxarıb. Onun altdan geyindiyi ağ idman maykasında isə qızının fotosu və "Sən həmişə mənim ürəyimdəsən" yazısı olub. 

Kədərini gizlədə bilməyən oyunçuya komanda yoldaşları təsəlli veriblər 

 


Digər xəbərlər

Xəbər xətti