Azərbaycan Milli Komanasının üzvü Mahir Şükürov artıq ayrıldığı Türkiyənin “Karşıyaka” klubunu FİFA-ya şikayət edə bilər.
Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda deyilir ki, klubun Mahir Şükürova 40 min dollar borcu var. Əgər bu pullar verilməzsə futbolçu FİFA-ya üz tutacaq.
Qeyd edək ki, “Karşıyaka” klubun düşərgəsinə gec qayıdan futbolçunu 7500 dollar cərimə edirək əvəzedici heyətə göndərmiş, daha sonra orada oynamağa razı olmayan Mahiri daha 10 min dollar cərimə etdikdən sonra futbolçu klubda oynamaqdan imtina etmişdi.