Bu gün futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 2 oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, "Barselona" Fransa paytaxtında İngiltərə nəhəngi “Çelsi”ni turnirdən kənarlaşdıran PSJ-ni “əzib”. Neymarın hesabı açdığı oyunda Suares dubl edib. Son dəqiqələrə yaxın Van Der Vil təsəlli qolunu vuraraq yekun hesabı müəyyənləşdirib – 1:3. Bununla da parislilərin uzun məğlubiyyətsizlik seriyası növbəti mərhələ ümidləri kimi qırılıb.
Çempionlar Liqası
1/4 final, ilk oyunlar
PSJ (Fransa) - "Barselona" (İspaniya) 1:3
Qollar: Neymar 19 (0:1), Luis Suares 67, 79 (0:3), Van Der Vil 82 (1:3)
Baş hakim: Mark Klatenburq (İngiltərə)