Portuqaliya ikinci liqasında 39-cu turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin şərəfini qoruduğu "Atletiko" doğma meydanda "Yunion de Madeyra" ilə qarşılaşıb. Matç 1:1 hesabıyla başa çatıb. Amit görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Atletiko" hazırda 36 xalla 22-ci pillədə qərarlaşıb.