Türkiyə Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin şərəfini qoruduğu "Manisaspor" doğma meydanda "Qalatasaray"la qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib - 1:1. İlk oyunda 45 dəqiqə mübarizə aparan Subaşiçin adı cavab görüşünün iştirak ərizəsinə daxil edilməyib.
İlk oyunda 4:0 hesabıyla qalib gəlmiş “Qalatasaray”, yarımfinala vəsiqə qazanıb.