Cüdo üzrə Avstriya yığmasının Avropa Oyunları üçün heyəti açıqlanıb

17:25 16 Aprel 2015

üdo üzrə Avstriya yığma komandasının Bakıda keçiriləcək I Avropa Oyunları üçün heyəti açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, Avstriyanı Bakıda 4 kişi və 5 qadın cüdoçu təmsil edəcək.

 

Kişi cüdoçular 68, 81 və 100 kq çəkidə qüvvələrini sınayacaqlar. Onların arasında ən güclü idmançı Ludviq Paisxer hesab olunur. O, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında gümüş medalla təltif edilib və 68 kq çəkidə Avropa Çempionatında iki dəfə qızıl medala layiq görülüb. Digər idmançılardan Marsel Ott 81 kq, Kristof Kronberger və Daniel Allerstrofer 100 kq çəkidə medal uğrunda mübarizə aparacaqlar. 

 

Qadın idmançılara gəldikdə, Sabrina Filtsmoser Olimpiya Oyunlarında iki dəfə iştirak edib və 57 kq çəkidə Avropa çempionatında iki dəfə qızıl medala layiq görülüb. Hilde Deksler 2012-ci il London olimpiadasında 63 kq çəkidə mübarizə aparıb. Bernadett Qraf isə 70 kq çəkidə Avropa çempionatında iki dəfə bürünc medala yiyələnib. Tina Zeltner 57 kq, Katrin Untervurzaxer isə 63 kq çəki üzrə mübarizə aparacaq.

 


Digər xəbərlər

Xəbər xətti