Fizuli Məmmədov: "Elə uşaqlarımız var ki, il ərzində heç bir məşqi buraxmayıblar" - MÜSAHİBƏ

18:51 16 Aprel 2015

AFFA-nın təşkil etdiyi U-19 Liqasında artıq çempion bəlli olub. Turnirin yekunlaşmasına 5 tur qalmış “Rəvan”ın 19 yaşadək futbolçuları ölkə çempionu adını qazanaraq Azərbaycanı ilk dəfə bu yaş qrupunda keçirilən Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb.

 

Komandanın uğurunun əsas memarı olan baş məşqçi Fizuli Məmmədov çempionluq barədə fikirlərini sportarena.az saytı ilə bölüşüb.

 

 

– Çempionluq haqda fikirləriniz maraqlı olar...

– Çətin yol keçdik. Çempionata başlayanda futbolçularımı əsas olaraq psixoloji və fiziki cəhətdən oyunlara hazırlamışdım. Maksimum dərəcədə oyunlara ciddi hazırlaşırdıq. Məşqlərlə bərabər psixologiyaya diqqət ayırdıq. Qışın soyuğunda, yayın istisində bütün əziyyətlərə baxmayaraq məsuliyyətlə oyunlara hazırlaşdıq. Uşaqlara mənə inanmalarını demişdim. Halal olsun ki, mənə sona qədər inandılar. Elə uşaqlarımız var ki, il ərzində heç bir məşqi buraxmayıblar. Bizim də fikrimiz onları Azərbaycan futbolu üçün yetişdirməkdir və düşünürəm ki, məqsədimizə yaxınlaşırıq.

 

– Çempionatın növbəti oyunlarına necə hazırlaşırsız? Erkən çempionluq arxayınlıq yaratmayıb ki?

– Çempionatın sonuna hələ 5 tur qalıb. Biz çempion olsaq da, məsuliyyətlə hazırlaşırıq. Çempin olmaq o demək deyil qalan oyunlarda meydana qələb üçün çıxmayacayıq. Biz mübariəmizi sona qədər davam etdirəcəyik.

 

– Ölkəmizi Çempionlar Liqasında təmsil etmək üçün hansı hazırlıqlar görülür?

– Çempionatın sonunu gözləyirik. Fikrimiz var ki, əlimizdəki heyəti daha da gücləndirək. AFFA-da bəzi rəsmi sənədləşdirmə işlərinə başlayacayıq. Daha sonra isə hər bir futbolçumuzda bu turnirdə uğurlu çıxış üçün inam yaratmalıyıq. İnam çox vacib amildir.

 

– Komandanızda hansı cəhət var ki, digər komandalardan üstün olmanıza kömək etdi?

– Məşq proseslərində həmişə oyunçuları düşüncə cəhətdən də inkişaf etdirməyə çalışmışam. Elə rəqiblərimiz olub ki, onları takitiki baxımdan keçmişik. Düşüncə bacarığımız güclü olub. Futbol elədir ki, burada tək fiziki güc hər şeyi həll etmir. Gərək düşünə, özünə inana, düzgün taktiki sxemdə oynaya biləsən. Deyə bilərəm ki, hər bir komanda ilə oyundan öncə onların oyunlarını analiz edib uyğun taktika seçmişik. Uşaqlar da çox sağ olsun ki, tapşırıqlarımın öhdəsindən gələ biliblər.

 

– Başqa klublardan futbolçularınıza transfer təklifləri gəlimi?

 – Əlbəttə ki, olub. Amma, biz özümüz yeni transferlərlə güclənmək fikrindəyik.

 

– “Rəvan”ın əsas komandası gələn il Premyer Liqada oynaya bilər. 19 yaşıdlarda elə bir futbolçu varmı ki, əsas heyətdə layiqincə çıxış edə bilsin?

– Əsas komandadakı oyunçuların əvəzedicisi ola biləcək oyunçularımız var. Amma, bizim futbolçular öz üzərlərində hələ üzərində çox çalışmalıdırlar.

 

 

Rahim Şaliyev


Digər xəbərlər

Xəbər xətti