“Neftçi"də yeni yaradılan Müşahidə Şurası 2 gün öncə qəbul etdiyi 7 qərarla yenidən diqqət mərkəzinə düşdü. Qərarlardan biri də kluba yeni loqonun verilməsi idi.
Sportarena.az xəbər verir ki, bu qərar "Neftçi" azarkeşləri tərəfindən heç də xoş qarşılanmayıb.
Azarkeşlər "facebook" sosial şəbəkəsində bu addımı pisləyən paylaşımlar ediblər.