Türkiyə Kubokunda ¼ finalının cavab oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, Milli Komandamızın futbolçusu Kamran Ağayevin şərəfini qoruduğu “Kayserispor” səfərdə “Sivaspor”la qarşılaşıb. İlk görüşdə 1:1 hesablı sülhə razılaşan cütlük bu dəfə də eyni hesaba razılaşdığından görüş penaltilər seriyasına qədər uzanıb və burada daha dəqiq olan “Sivaspor” qalib gələrək yarımfinala yüksəlib.
Kamran Ağayevin adı matçın iştirak ərizəsində olmayıb.