Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Portu"ya məğlub olan (1:3) "Bavariya"da istefalar başlayıb.
Sportarena.az xəbər verir ki, rəhbərlik məğlubiyyətin səbəbini klubun həkimlərində görüb. Münhen klubunda 40 il fəaliyyət göstərmiş, "Portu" ilə oyundan sonra istefa vermiş həkim Hans-Vilhelm Müller Volfart bildirib ki, oyundan sonra həkimlərlə klubun idarə heyətinin sədri Karl-Haynts Rummenigge arasında görüş olub:
"Oyundan sonra məlum oldu ki, bu məğlubiyyətin ən böyük günahkarları həkimlərdir. Buna görə də, klubun həkimlərinə və onların uğurlu işinə inam azalıb".
Qeyd edək ki, "Portu" ilə oyunda zədə səbəbindən "Bavariya"nın əsas oyunçuları - Frank Riberi, Aryen Robben, David Alaba, Bastian Şvanştayger, Mehdi Benatia, Xavi Martines iştirak edə bilməmişdi.