İngiltərənin “Çelsi” klubu növbəti transferini bu gün gerçəkləşdirə bilər.
Sportarena.az xəbər verir ki, Braziliyanın “Atletiko Paranense” klubunun futbolçusu Natan de Souza müqavilə bağlamaq üçün Londona gəlib.
19 yaşlı futbolçu tibbi müayinədən uğurla keçib. Transferin qiyməti 4,5 milyon avro dəyərində qiymətləndirilir.
Qeyd edək ki, futbolçu həm də Braziliyanın olimpiya yığmasının da üzvüdür.