Emenike dərmanını tapdı

15:09 17 Aprel 2015

"Fənərbağça"nın oyunçusu Emenike toya hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, futbolçu 2013-cü ilin Nigeriya gözəli, model Ezinne Akudo Anyaoh ilə ailə həyatı quracaq. 
 


Bu xəbərə ən çox sevinənlərədn biri isə "Fənərbağça" futbol klubunun prezidenti Əziz Yıldırım olub. O, futbolçu haqqında yayılan xəbərlərə münasibət bildirərkən bunları deyib: "Ümid edirəm ki, sakit və xoşbəxt həyat Emenikeni əvvəlki günlərə qaytaracaq. O evlənərsə, qalmaqalsız həyat yaşayaraq komandaya daha faydalı olacaq".
 


Emenikenin sevgilisi Ezinne hətta bir neçə dəfə İstanbula da gəlib. Deyilənlərə görə, model şəhəri o qədər bəyənib ki, Londonda yaşamaq arzusunda olan Emenikeni bu fikrindən daşındırmaq da istəyib.
 


Xatırladaq ki, Emenike 2013-cü ildə "Fənərbağça" ilə 4 illik müqavilə imzalayıb. Müqaviləyə görə, o, 9,8 milyon avro pul alıb. Oynadığı hər matça görə isə 12 min 500 avro qazanır. (anspress)


Digər xəbərlər

Xəbər xətti