Bu gün AFFA-nın inzibati binasında növbəti mövsüm UEFA-nın yarışlarında və Topaz Premyer Liqasında çıxış etmək üçün lisenziya almaq məqsədilə müraciət etmiş klubların nümayəndələri ilə görüş keçirilib.
Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə klubların rəhbər şəxsləri və maliyyə üzrə mütəxəssislər iştirak edib.
Baş katib Elxan Məmmədov çıxışında lisenziyalaşdırma prosesi barədə məlumat verib. O cümlədən, maliyyə "Fair Play"i ilə bağlı məsələlər ətraflı müzakirə olunub, klublara müvafiq tövsiyələr verilib.