“Xəzər Lənkəran” nümayəndələri aprel ayının sonunda transfer çalışmaları üçün Afrika qitəsinə yola düşəcək.
Sportarena.az saytına bu barədə Lənkəran klubunun Mətbuat Katibi Hüseyn Cəbrayıloğlu məlumat verib.
Belə ki, klubun İdman Direktoru Yunis Hüseynoğlu və tərcüməçisi Elvar Quliyev “qara qitə”nin iki ölkəsinə – Mali və Qanaya səyahət edərək istedad axtarışına çıxacaq.