Azərbaycan Premyer Liqasının XXX turu çərçivəsində keçirilən AZAL-“Sumqayıt” oyunu 1-1 hesabı ilə başa çatdı.
Sportarena.az xəbər verir ki, AZAL klubunun baş məşqçisi Tərlan ƏhmədovƏhmədov oyun barədə fikirlərini bölüşüb.
“Qələbə qazanmaq istəyirdik. Təəssüflər olsun ki, son saniyələrdə qol buraxdıq. Hər halda son oyunlar onu göstərir ki, yayda komandada dəyişikliklər olmalıdır. Əgər oyunçu yaxşı futbol sərgiləmirsə, dəyişikliklərə ehtiyac var. Problem ondadır ki, zədəli oyunçularımız az deyil. Freddi Mombonqo isə cəzalı idi. Bu problemə görə meydançaya gənc Aydın Qasımovu buraxmışdıq. Heyətdəki problemlər mənim işimi çətinləşdirir. Bütün bunlara baxmayaraq, 1 xal qazandıq. Bir xal da qənimətdir”.