Azərbaycan Premyer Liqasının XXX turu “Qarabağ” üçün uğurlu alındı. Ağdam təmsilçisi səfərdə “Simurq”u 2-0 hesabı ilə məğlub etdi.
Sportarena.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qələbəni şərh edib:
“Ən vacib qələbələrimizdən birini qazandıq. Düzdür, çox çətin oldu, oyunçular çox əziyyət çəkdilər. “Simurq”a qarşı oynamaq həm xoşdur, həm də ağırdır. Mövsümün sonuna doğru getdikcə mikrozədələr çoxalır. Bu amil bizi narahat edir. Ehtiyat oyunçularımızın sayı o qədər də çox deyil. Hər bir oyun, hər bir xal bizim üçün çox vacibdir. Hələ ki Zaqataladayıq. Burada kubokun cavab oyununa hazırlaşacağıq. Bizi qarşıda yenə ağır oyun gözləyir.
Yeri gəlmişkən, hər bir zaqatalalı azarkeşi salamlayıram, onlara təşəkkür edirəm”.