Bu gün Azərbaycan Premyer Liqasının 30-cu turunun oyunlarına yekun vurulub.
Sportarena.az xəbər verir ki, “Neftçi” öz meydanında “Qəbələ”yə 1:3 hesabı ilə məğlub olub.
Oyunun ikinci hissəsinin 53-cü dəqiqəsində qonaqların futbolçusu Ürfan Abbasovla “Neftçi”li Denis Silva arasında mübahisə yaşanıb. Hakim hər iki futbolçuya sarı vərəqə göstərib.