Doğma şəhərdə hazırlaşan “Xəzər Lənkəran” bu gündən məşq planına uyğun olaraq gündəlik iki dəfə məşq edir.
Sportarena.az 12cioyuncu.info saytına istinadən xəbər verir ki, aprelin 17-də günün birinci yarısında trinajorlarda çalışan komanda saat 17:00-da stadionun ehtiyat meydançasında axşam məşqinə çıxıb. Baxışdan keçmək üçün dünəndən etibarən komandanın düşərgəsinə qatılan ukraynalı futbolçu Andrey Saxneviç də hazırlıq prossesində həvəslə çalışıb.