Dünən bir xəbər bütün Avropanın idman mətbuatında rezonans doğurdu.
Sportarena.az xəbər verir ki, Dortmunddan gələn bu xəbər Yürgen Kloppla bağlı idi. Mütəxəssis “Borussiya”dan ayrılmaq qərarına gəldiyini açıqladı. Təkcə Dortmund yox, bütün Almaniya, hətta Avropa bu xəbəri təəssüflə qarşıladı.
Klop, “Sarı-qaralar”ın yenidən nəhəng klublar sırasına qaytıtmasının səbəbkarı idi. Amma qərar artıq verilib və növbəti mövsümdən bu baş məşqçi klubda olmayacaq.