Almaniya ikinci Bundesliqasında 29-cu turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın çıxış etdiyi "Fortuna" klubu səfərdə "İnqolştadt"la qarşılaşıb. Oyunda “Fortuna” 2:3 hesabı ilə məğlub olub. Start heyətdə meydana çıxan Erat sonadək mübarizə aparıb. O, 45-ci dəqiqədə sarı vərəqə almaqla yadda qalıb.
Qeyd edək ki, "Fortuna" hazırda 40 xalla yeddinci pillədə qərarlaşıb.