İngiltərə Premyer Liqasının 33-ü turunda çempionluğun taleyini həll edə biləcək qarşılaşmalardan biri baş tutacaq.
Sportarena.az xəbər verir ki, “Mançester Yunayted” səfərdə “Çelsi” ilə qarşılaşacaq.
Üçüncü sırada olan “qırmızı şeytanlar” bu matçda qələbə qazanaraq ikinciliyə yüksəlməyə çalışacaqsa, “Çelsi” liderliyini daha da möhkəmlədərək ikinci yerdə qərarlaşan “Arsenal” ilə xal fərqini yüksəltməyi düşünəcək.
Qonaqlar artıq 4 ardıcıl oyundur ki, qələbə qazanır. Onlar son qələbələrini “Liverpul”, “Tottenhem” və “Mançester Siti” kimi İngiltərə nəhəngləri üzərində qazanıb.
“Çelsi” isə ardıcıl 11 oyundur ki, məğlubiyyətin nə olduğunu bilmir.
Qonaqlar bu oyuna böyük itkilərlə çıxacaq. Belə ki, Dale Blind, Maykl Karrik, Fil Conas ve Markos Royo zədə səbəbindən oyunu buraxacaq. Coni Evans isə cəzalı olduğundan qırmızılara kömək edə bilməyəcək.
“Çelsi”dəki tək itki isə Dieqo Kostadır.
İngiltərə Premyer Liqası
33-cü tur
“Çelsi” – “Mançester Yunayted” 1:0
Qol: Eden Hazard 38 (1:0)
Stadion: Stamford Bridge (London)
Baş Hakim M. Dean