"Neftçi"də Müşahidə Şurasının ilk qəbul etdiyi qərarlar arasında klubun 2004-cü ildən istifadə olunan loqosunun dəyişdirilməsinin müzakirə edilməsi də var idi. Bu qərara "ağ-qaralar"ın azarkeşləri kəskin etiraz ediblər.
Sportarena.az xəbər verir ki, klubun müşahidə şurasının sədri Çingiz Abdullayev Azərbaycan Premyer Liqasının "Qəbələ"ylə son oyunundan (1:3) sonra bu məsələyə aydınlıq gətirib.