16 yaşlı futbolçular "Xəzər Lənkəran"ın əsas heyətində

17:20 18 Aprel 2015

Doğma şəhərdə hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” aprelin 18-də növbəti məşqini keçirib.

 

Sportarena.az 12cioyuncu.info saytına istinadən xəbər verir ki, yüksək əhval ruhiyyədə və intensiv çalışmalarla davam edən hazırlıq prossesində ilk dəfə “Xəzər Lənkəran”ın 16 yaşlı yetirmələri İbrahim Qədirzadə və Yusif Həsənov da iştirak ediblər. Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın XXXI turu çərçivəsində, aprel ayının 25-də “Fırtınalar meydanı”nda “Qəbələ” klubunu qəbul edəcək. Həmin matçda üç futbolçu komandaya kömək edə bilməyəcək. Belə ki, sarı vərəqə limitini aşdıqları üçün kapitan Rahid Əmirquliyev və gənc futbolçu Elşən Rzazadə, həmçinin “Neftçi” ilə  oyunda qırmızı vərəqə alaraq meydandan qovulan Alfred Sanko “Qəbələ” ilə görüşü buraxmalı olacaqlar.

 


Digər xəbərlər

Xəbər xətti