Millimizin hücumçusu İsveçdə "qızıl dubl" etdi

18:15 18 Aprel 2015

Azərbaycanın voleybolçu qadınlardan ibarət Milli Komandasının üzvü Natalya Məmmədova çempionluq sevinci yaşayıb.

 
Sportarena.az xəbər verir ki, təcrübəli hücumçu İsveçrə çempionuluğunu qazanıb. Məmmədovanın şərəfini qoruduğu "Volero" ardıcıl 10-cu dəfə çempionluğunu rəsmiləşdirib. Voleybolçumuzun komandası finalda hər üç görüşdə "Könits"i məğlub etməklə qızıl medallara yiyələnib

 
Qeyd edək ki, “Volero” bir neçə gün əvvəl İsveçrə kubokunun da qalibi olub.


Digər xəbərlər

Xəbər xətti