Ruslan Qurbanovlu "Hayduk" məğlub oldu

22:35 18 Aprel 2015

Xorvatiya çempionatında 29-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun çıxış etdiyi "Hayduk" klubu doğma meydanda "Riyeka" ilə qarşılaşıb. Matçda hesabı meydan sahibləri açıblar. Ruslan görüşün 72-ci dəqiqəsində meydana çıxıb. “Hayduk” 80 və 82-ci dəqiqələrdə buraxdığı qollarla meydanı məğlub tərk edib. Qurbanov 90+1-ci dəqiqədə sarı vərəqə də alıb.

 

Qeyd edək ki, "Hayduk" hazırda 37 xalla 4-cü pillədə qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti