Türkiyə PTT 1-ci liqasında 28-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi komandalar bu turda qarşılaşıb.
Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor" doğma meydanda Rail Məlikovlu "Dənizlispor"u qəbul edib. Matç Elazığ təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Cavidin adı matçın iştirak ərizəsinə daxil edilməyib. Start heyətdə meydana çıxan Rail Məlikov isə sonadək mübarizə aparıb.
"Elazığspor" hazırda 34 xalla 12-ci, "Dənizlispor" isə 21 xalla 17-ci pillədə qərarlaşıb.