“Lənkərandakı oyun ağır olacaq”
Bu sözləri sportarena.az saytına açıqlamasında “Qəbələ” klubunun futbolçusu Cavid Hüseyinov deyib.
Hüseyinov, Azərbaycan Premyer Liqasının 31-ci turunda səfərdə “Xəzər Lənkəran”a qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşərək, “Bilirik ki, Lənkərandakı oyun ağır olacaq. Yadınızdadırsa öz meydanımızda onlara çətinliklə qalib gəldik. Amma, biz yenə də üç xal üçün vuruşacayıq. Öz mövqeyimizi daha da yaxşılaşdırmaq üçün bu vacibdir” – deyib.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Qəbələ” matçı aprelin 25-i Lənkəran şəhər stadionunda baş tutacaq.