Rəşad Sadiqov: "Baxmayaraq ki, “Xəzər Lənkəran” keçmiş klubumdur..." - MÜSAHİBƏ

12:53 19 Aprel 2015

“Qəbələ” klubunun futbolçusu Rəşad Sadıqovun sportarena.az saytına müsahibəsi:

 

– Son oyunda mövsümün qələbə rekordunu qırdınız...

– Son 7 oyunda qələbə qazanırıq. Bu çox yaxşı haldır. Deyərdim ki, rəhbərliyin baş məşqçi dəyişikliyi və Qriqorçukun tələbkarlığı komandanı bu yerə qədər gətirib.

 

– Növbəti oyunda da bu seriyanı davam etdirmək şanslarınızı necə qiymətləndirirsiz?

– Lənkərandakı oyuna da qələbə dalınca gedəcəyik. Bizə bundan sonra bütün oyunlarda üç xal lazımdır ki, avrokuboklara vəsiqəni əldə etmək üçün şansımız qalsın. Ona görə də yalnız qələbə haqqında fikirləşməliyik.

 

– Son oyunlarda meydanda çox az görünürsüz...

– Bu keçmiş zədəm ilə bağlıdır. Mən zədələndikdən sonra artıq son günlərdə formamı geri qaytarmışam. İnanıram ki, artıq məşqçimiz mənə güvənər.

 

– “Xəzər Lənkəran” daha öncə çıxış etdiyiniz klubdur. Birdən meydanda olsaz və qol vursaz bunu çılğınlıqla qeyd edəcəksiz?

– Qol vuranda sevinməmək olmur. Hər bir futbolçu istəyir ki, qol vursun, oyun boyu buna çalışır və məqsədinə çatdanda da sevinir. Ancaq bunu elə etmək lazımdır ki, həddində olsun, azarkeşləri qıcıqlandırmasın. Baxmayaraq ki, “Xəzər Lənkəran” keçmiş klubumdur, bu oyunda meydanda olsam qələbə və qol vurmaq üçün əlimdən gələni edəcəm. Bu mənim işimdir.

 

– Qələbə seriyasını “Xəzər Lənkəran”la oyunda başlamışdız. Rəqibiniz son oyunda “Neftçi” kimi komanda ilə möhtəşəm mübarizə apardı. Qorxmursuz ki, elə qələbə seriyası başladığı yerdə bitsin?

– O oyunda iki fərqli hissə oldu. İkinci hissədə “Xəzər” çox gözəl oynadı. Gənc komanda üçün belə mübarizə çox yaxşıdır. Amma, bu oyunda nə olursa olsun üç xal haqqında düşünürük.

 

– Zədənizi sağaltdıqdan sonra Milli Komandaya yenidən qayıtmaq üçün özünüzü hazır sayırsız?

– Bilirsiz ki, Prosineçki məni Antalyadakı toplanışa çağırmışdı. Sonra elə oldu ki, zədələndim və gedə bilmədim. İndi isə formamı bərpa etmişəm. Milliyə çağrılsam uğurlu çıxışıma inanıram.

 

Rahim Şaliyev


Digər xəbərlər

Xəbər xətti