“Neftçi” klubunun oyun qurucusu Flavinyonun “Xəzər Lənkəran”la oyunda ciddi zədə aldığını xəbər vermişdik.
Sportarena.az saytı xəbər verir ki, futbolçu üçün artıq mövsüm bitmiş sayıla bilər.
Bu barədə “ağ-qaralar”ın baş məşqçisi Arif Əsədov “Qəbələ” – “Neftçi” matçından sonra jurnalistlərə məlumat verib.
Qeyd edək ki, futbolçu ikili mübarizə zamanı ayağından zədə almışdı.