“PSV Eyndhoven” futbol üzrə Niderland çempionatının 31-ci turunda “Herenven” üzərində böyük hesablı qələbə qazanıb və vaxtından əvvəl ölkə çempionu olub.
Sportarena.az xəbər verir ki, görüş 4:1 hesabı ilə başa çatıb.
“PSV” bu qələbədən sonra “Ayaks”la arasındakı xal fərqini 13-ə çatdırıb ki, bu da sona üç tur qalmış onun 2007/2008 mövsümündən sonra ilk dəfə vaxtından əvvəl çempion olmasını təmin edib.
Niderland çempionatı. 31-ci tur
“PSV Eyndhoven” — “Herenven” — 4:1
Qollar: De Yonq, 3, 41; Depay, 23; Narsinq, 88 — van den Berq, 27.
(report)