"Qapıçının səhvi məni maraqlandırmır" - MÜSAHİBƏ

14:10 19 Aprel 2015

“Qəbələ”nin ukraynalı yarımmüdafiəçisi Aleksey Qay Azərbaycan Premyer Liqasının 30-cu turunda “Neftçi”yə qalib gəldikləri oyundan (3:1) sonra jurnalistlrin suallarını cavablandırıb

 

Sportarena.az həmin müsahibəni diqqətinizə çatdırır:

 

- “Neftçi”ni məğlub etməklə “Qəbələ” ardıcıl 7-ci qələbəsini qazandı.

- Qələbə qazanmaq hər zaman xoşdur. Göstərdiyimiz oyun önəmli deyil. Əsas olan 3 xalı qazanmaqdır. Buna da nail olduq. Artıq növbəti oyunları düşünməliyik.

 

- Necə düşünürsən, vurduğun qolda “Neftçi”nin qapıçısının səhvi böyük idi?

- Bunun əhəmiyyəti yoxdu. Qapıçının səhvi məni maraqlandırmır. Əsas olan odur ki, komandama kömək edə bildim.

 

- Ardıcıl qələbələrdən sonra “Qəbələ”nin Avroliqaya çox yaxın olduğunu söyləmək mümkündür?

- Hələ tezdir. Çempionatın sonuna çox var. Əksinə, deyərdim ki, komandada çatışmayan cəhətlərimiz mövcuddur. Onların üzərində işləməliyik. Oyun keyfiyyətimizi artırmaq üçün daha çox çalışmalıyıq.

 

- Komandada nə dəyişdi ki, “Qəbələ” ardıcıl yeddi qələbə qazandı?

- Konkret hansı komponentdə dəyişiklik olduğunu söyləmək çətindir. Məncə, biz gücümüzə inanmağa başladıq. Bu uğurda təbii ki, baş məşqçinin də rolu var. Komanda artıq özünə inanır. Bu da ardıcıl qələbələr qazanmaqda bizə yardımçı olur.

 

- Düşünmək olar ki, kubokda “Simurq”dan alınan böyükhesablı məğlubiyyət “Qəbələ”nin lehinə işlədi?

- Biz bu günlə yaşayırıq. Keçmişdəki məğlubiyyətləri artıq unutmuşuq. Təbii ki, uğursuz oyunlardan nəticə çıxarmışıq. Gələcək oyunlara optimist yanaşırıq.

 

- “Qəbələ” ilə müqavilən mövsümün sonunda başa çatır. Artıq yeni sözləşmə barədə rəhbərliklə aranızda söhbət olub?

- Bu haqda danışıq yoxdu. Mən də beynimi belə suallarla yormuram. Mövsümün sonuna hələ vaxt var. İlk növbədə hazırkı müqaviləmi başa vurmalıyam. Yalnız mövsüm yekunlaşdıqdan sonra gələcək barədə fikirləşmək olar.

 


Digər xəbərlər

Xəbər xətti