Türkiyə Superliqasında mübarizə aparan “Gənclərbirliyi”nin futbolçusu Aleksandr Qleb Fransa mətbuatına ona problem yarada biləcək açıqlama verib.
Sportarena.az xəbər verir ki, Qleb Türkiyədə işləyən məşqçiləri aydın şəkildə təhqir edib.
"Karyeram ərzində məşhur məşqçilərlə işləmişəm. Arsen Venger, Pep Qvardiola, Mourinyo və Aleks Ferqyusonun da əfsanəvi məşqçilər olduğunu düşünürəm. Ancaq türkiyəli məşqçilər axmaqdı. Meydanda ancaq qaçmağımızı və çox bəsit olan taktikalarına riayət etməyimizi istəyirlər".
Qleb, bu ifadəsindən sonra mövcud qaydalara əsasən TFF tərəfindən cəzalandırıla bilər.