Almaniyada Cənub-qərb regional liqasının 29-cu turunun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Saarbryuken" doğma meydanda Trir "Ayntraxt"ını qəbul edib. Matç meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Dadaşov matçın 75-ci dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Saarbryuken" hazırda 60 xalla ikinci pillədə qərarlaşıb.