Türkiyə PTT 1-ci liqasında 28-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" doğma meydanda "Osmanlıspor"la qarşılaşıb.
Görüş meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Subaşiç meydana 81-ci dəqiqədə daxil olub.
"Manisaspor" hazırda 26 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.