İspaniya La Liqasında 32-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun şərəfini qoruduğu "Qranada" öz meydanında "Sevilya" ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Hazırda zədəli olan Eddi bu qarşılaşmanı buraxıb.
Qeyd edək ki, "Qranada" hazırda 25 xalla 19-cu pillədə qərarlaşıb.