Türkiyə PTT 1-ci liqasında 28-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun çıxış etdiyi "Adanaspor" doğma meydanda "Albimo Alanyaspor"la qarşılaşıb. Görüş meydan sahibləriin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Cəmşid matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
"Adanaspor" hazırda 35 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.