Türkiyə PTT 1-ci liqasında 28-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Ufuq Budağın çıxış etdiyi "Qaziantep BB" doğma meydanda "Samsunspor"la qarşılaşıb. Görüş meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Budaq start heyətdə meydana çıxsa da, 16-cı dəqiqədə əvəzlənməli olub.
"Qaziantep BB" hazırda 38 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.