Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Simurq”la cavab qarşılaşmasının hazırlıqlarına “Qarabağ” bu gün başlayıb.
Sportarena.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov premyerliqanın XXX turundakı gərgin "Simurq" matçından sonra komandaya 1 günlük istirahət vermişdi.
Bu günə üçün ağdamlıların 1 məşqi nəzərdə tutulub. 17:00-da günün yeganə çalışmasına çıxacaq “Qarabağ” aprelin 21-də Zaqatala şəhər stadionunda, saat 18:00-da “Simurq”un qonağı olacaq