"Qəbələ"nin futbolçusu: "Üstümə cumub təpik atdı" - VİDEO

11:39 20 Aprel 2015

“Bilmirəm niyə adi epizodda belə etdi. Üstümə cumub təpik atdı”

 

Bu sözləri sportarena.az saytına açıqlamasında “Qəbələ” klubunun futbolçusu Urfan Abbasov deyib.

 

Abbasov, son görüşdə rəqib futbolçu Denis silva ilə ikili mübarizədən sonra yaşanan gərginliyə aydınlıq gətirib. “İkili mübarizə idi. Əvəlcə hər ikimiz ayağımızı həddən artıq qaldırdığımıza görə toquşduq. Sonra isə Denis hirsləndi. Bilmirəm niyə adi epizodda belə etdi. Üstümə cumub təpik atdı”.

 

Abbasov növbəti turda “Xəzər Lənkəran”la qaşılaşma bərədə də fikirlərini bölüşərək “Yaxşı komandaya qarşı oynayacayıq. Düşünürəm ki, çətin olacaq. Lakin, yenə də üç xalı qazanan tərəf olmalıyıq. Baş məşqçimiz çox yaxşı məşqlər keçir. Bunun nəticəsidir ki, zədəli futbolçularımız az olur. Xüsusi proqramla məşq etdiyimizdən güc balansımızı qoruya bilirik. İnanıram ki, Lənkərandakı görüşdə də bu amil köməyimizə çatacaq”. – deyib.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Qəbələ” matçı aprelin 25-də Lənkəran şəhər stadionunda oynanılacaq.


Digər xəbərlər

Xəbər xətti