"Bakı" cari mövsüm Premyer Liqada 17 qol vurub ki, bunun da 13-ü Nurlan Novruzovun aktivindədi. Gənclər yığmasının hücumçusu hazırda bombardirlər yarışına başçılıq edir. Bununla belə, Robert Prosineçki onu milliyə dəvət etmir. Elə birmənalı qarşılanmayan da budu.
Yeni baş məşqçi "Nurlan taktiki sxemimə uyğun gəlmir" deyərək, bu barədə suallara bir neçə dəfə eyni cavabı verib. Amma…. Çempionatın ən məhsuldar oyunçusuna başqa söz deyən var.
SportArena.az xəbər verir ki, Nurlana hədə-qorxu gələn "Bakı" rəsmilərindən biri ona belə deyib:
"Səni milliyə mənim sözümlə götürmürlər. Bilirsən də, AFFA ilə çox yaxınam. Elxan Məmmədov məsləhəti məndən alır. Tapşırmışam, səni ora çağırmayacaqlar. Bunu qulağında sırğa ələ: mənim əlim çox uzundu. Komandanı sən qarışdırırsan. Futbolçuları sən öyrədirsən mənə qarşı çıxsınlar. Səni məhv eləyərəm! Axırda elə edərəm ki, transfer vərəqin əlində ola-ola heç bir klub səni götürməz. Hamısına bir sözüm bəsdi".sportinfo