Misirdə ŞOK QƏRAR: 11 azarkeşə ölüm cəzası verildi

16:25 20 Aprel 2015

Misir məhkəməsi 2012-ci ildə Port-Səid şəhərində keçirlən futbol matçı zamanı baş vermiş iğtişaşlarda iştirak etdiklərinə görə 11 nəfərə ölüm hökmü kəsib.



SportArena.az xəbər verir ki, həmin iğtişaşalar nəticəsində 74 adam həlak olmuşdu.
Məhkəmə hökmü canlı yayımda dövlət televiziyası ilə oxunub. İğtişaşlar 2012-ci ildə futbol matçı zamanı baş verib. Bu hadisələrə görə 2013-cü ildə məhkəmə 21 iştirakçıya ölüm hökmü kəsmişdi, 28 nəfər isə bəraət qazanmışdı. Lakin 2014-cü ilin fevralında appelyasiya instansiyası hökmü ləğv edərək işə yenidən baxılmasını tövsiyyə 
etmişdi.

İğtişaşlara səbəb qarşılaşan klubların azarkeşlərinin qarşı tərəfi təhqir edən plakatların qaldırılması olubmuş.


Digər xəbərlər

Xəbər xətti