Türk komandasına hücum: 2 futbolçu yaralandı

17:20 20 Aprel 2015

Son turda “İstanbul Başakşəhər” komandasına səfərdə 2:4 hesabı ilə məğlub olan “Çakur Rizəspor” klubunun U-21 komandası doğma şəhərə qayıdarkən hücuma məruz qalıb.
 
 
SportArena.az xəbər verir ki, İstanbuldan Trabzona təyyarə ilə gələn komanda ordan avtobusla Rizəyə yollanıb. Lakin Araklı bölgəsində onların avtobusuna 20-30 nəfərlik bir qrup azarkeş daşla hücum edib. Hadisə zamanı 2 futbolçunun başı yaralanıb və avtobusun şüşələri qırılıb.
Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti