Son ANDA "Xəzər Lənkəran"ı silkələyən futbolçu danışdı

17:32 20 Aprel 2015

FİFA-nın “Xəzər Lənkəran”a transfer cəzası tətbiq etməsi ilə bağlı xəbər vermişdik.  Bosniya və hersqovinalı müdafiəçi Veldin Muharemoviçin 2011-ci ildə verdiyi şikayət əsasında ali futbol qurumu cənub klubuna belə qadağa qoyub.
 

Saytımıza açıqlama verən futbolçu özü isə bu məsələyə münasibət bildirib: “Bu məsələ ilə mənim vəkilim məşğuldu. Biz 2011-ci ildə Azərbaycan klubundan şikayət etmişik. Mən “Xəzər Lənkəran”dan 80 min dollar tələb etməmişəm. Sadəcə, 3000 manat borcları var. O da bir ayın maaşıdı. Başqa bir istəyim yoxdu. Qaldı ki, kluba transfer qadağası qoyulması... Bu barədə elə də məlumatlı deyiləm”.

Muharemoviç klubdan necə ayrılmasına da aydınlıq gətirib: “İsrailin "Makkabi” klubu ilə Avroliqa oyunundan sonra ayrıldım. Həmin matçın səhərisi baş məşqçimiz Mirça Rednik komandaya 5 günlük istirahət verdi. Mən də bundan istifadə edib vətənimə yollandım.  İstirahət bitdikdən sonra klubdan mənə dedilər ki, Serbiyanın paytaxtı Belqrada get, orda sənə Azərbaycan səfriliyindən viza verəcəklər. Mən də onların dediyi kimi Belqrada getdim və orda gözlədim. Amma  nə klubdan səs çıxdı, nə də viza üçün məktub gəldi. Sonra klubun tərcüməçisinə zəng etdim ki, nə oldu? Mənim vizam üçün niyə məktub göndərmirsiz? O da cavab verdi ki, sən Azərbaycana qayıda bilməzsən. Nə olduğunu bilmədim. Ondan sorna da vəkilimə zəng edib, FİFA-ya şikayət etdim”. futbolinfo


Digər xəbərlər

Xəbər xətti