"Mançester Siti"-"Arsenal" münasibəti daha da gərginləşdi: Bu dəfə qadın futbolçular dalaşdı

18:01 20 Aprel 2015

İngiltərədə "Mançester Siti" ilə "Arsenal"ın qadın futbol klubları arasında baş tutan matçda dava düşüb.



SportArena.az xəbər verir ki, matça Jil Skot və Cad Bailey arasında baş verən gərginlik damğa vurub. Belə ki, Jil Skot rəqibinə kəllə ilə zərbə vurub. Buna səbəb isə rəqibin sərt oyunu olub.  Vəziyyəti müşahidə edən hakim bu hərəkətinə görə Skota qırmızı kart verərək onu oyundan qovub. İngilis oyunçu oyundan sonra sözügedən hadisə ilə bağlı açıqlama verib. O bildirib ki, etdiyi kobud hərəkətə görə peşmandır. 

Rəqibindən üzr istəyən futbolçu, 10 nəfərlə yaxşı oyun sərgiləyən komanda yoldaşlarını da təbrik edib.


Digər xəbərlər

Xəbər xətti