Bu gün Azərbaycan mediasında yayılan xəbərlərə görə, "Bakı"nın futbolçusu Nurlan Novruzov yol-nəqliyyat hadisəsi törədib və 1 nəfərin həyatına son qoyub. Milli komandanın da heyətinə çağrılmamasını bununla əlaqələndiriblər.
SportArena.az xəbər verir ki, çempionatımızın bombardiri bu məsələyə münasibət bildirib:
"Kimlərsə təxribat yaratmaq üçün belə xəbərlər yayır. Bunların hamısı yalandır. Çünki, məni gözləri götürmür. Adam öldürmək, adam yaralamaq məsələsinin hamısı yalandır. Hələ belə şeylər çox eşidəcəyik"
Cavid ƏHMƏDOĞLU