"Keretaro"nun futbolçusu Ronaldinyo Meksika çempionatında "Amerika" ilə oyunda (4:0) diqqət mərkəzinə düşüb.
SportArena.az xəbər verir ki, 82-ci dəqiqədə meydana çıxan braziliyalı futbolçu 4 dəqiqə ərzində iki qol vurmaqla komandasının qələbəsində pay sahibi olub.