Maraqlı HADİSƏ- Otel işçisi az qala Mourinyonun planlarını pozacaqdı

22:29 20 Aprel 2015

"Çelsi" - "Mançester Yunayted" matçından öncə maraqlı hadisə yaşanıb.

İngiltərə mətbuatında yayılan xəbərə görə, "Çelsi"nin futbolçu və məşqçi heyəti görüşdən əvvəl otelə daxil olan zaman işçilərdən biri Joze Mourinyoya Maruan Fellayninin oynamayacağını deyib. O, həmçinin belçikalının otelə cins şalvarda gəldiyini və komanda yoldaşı Eden Azardan bilet aldığını sözlərinə əlavə edib.



Bütün həftə boyu planlarını Fellayni üzərinə quran Mourinyo otağına qayıdıb və "Google"də yarımmüdafiəçinin əkiz qardaşının şəkillərini tapıb və otel işçisinə göstərib. Nəticədə Azardan bilet alan şəxsin Maruan yox, onun əkiz qardaşı Monsur olduğu dəqiqləşib.

Fellayninin 90 dəqiqə meydanda qaldığı matç "Çelsi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.


Digər xəbərlər

Xəbər xətti