“Porto” klubuna məxsus və icarə əsasında “Anderlext”də çıxış edən Rolando karyerasını Türkiyədə davam etdirə bilər.
Portuqaliyalı müdafiəçini yayda “Fənərbaxça” komandası heyətinə qatmağa hazırlaşır.
29 yaşlı futbolçunu transferə çıxaran “Porto” klubu Rolandoyla yollarını birdəfəlik ayırmaq qərarına gəlib. Bunu görən İstanbul təsmliçisi futbolçunun transfer hüquqlarına yiyələnmək istəyir.
Cari mövsüm “Anderlext”də 6 oyun keçirən Rolandonun yaxın vaxtlarda “Fənərbaxça”yla müqavilə bağlayacağı gözlənilir.