ANS TV-dən tanıdığımız Asif Bağırov yenidən efirə qayıdır. SportArena.az xəbər verir ki, tanınmış jurnalist bu barədə öz "Facebook" profilində status yazıb.
Asif Bağırov əməkdaşlıq edəcəyi televiziyanın adını açıqlamayıb. Statusu olduğu kimi təqdim edirik:
"Vəssalam. Qətiləşdirdim. Sentyabrda TV-ə qayıdıram. Zarafatsız, filansız. Artıq layihəni tamamlamaq üzrəyəm. Bitirən kimi də dərhal müəlliflik hüququnu alacam. Sonradan başağrısı olmasın deyə. Fikirləşməyin ki, 40-da iməkləyən məsələsi... Amma düşünürəm ki, Azərbaycan televiziyaçılığı məkanına maraqlı, rəqabətədavamlı məhsul gələcək. Gözləyin."