AÇIQLAMA Tanınmış Azərbaycan boksçusundan gözlənilməz etiraf

23:32 20 Aprel 2015

Tanınmış Azərbaycan boks ustası, Avropa çempionu və Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmmədov dünən başa çatmış “İpək yolu” Beynəlxalq turnirində növbəti uğura inza atıb.Teymur bütün rəqiblərinə qalib gələrək, birinci yeri tutub. Bu da onun qarşıdakı Avropa oyunlarında qələbəyə iddialı olmağını bir daha nümayiş etdirdi.

 

Ən maraqlısı isə odur ki, “Rabitə” klubunu təmsil edən Məmmədov üçün Avropa oyunları hətta payızda keçirilən dünya birinciliyindən daha vacibdir.

Açıqlamasında boksçumuz bunu qeyd etdi: “Mənim üçün bu dəqiqə ən əsası Avropa oyunlarında iştirak və bu turnirdə qələbə qazanmaqdır. Dünya birinciliyi,və orada qazanıla biləcək olimpiya lisenziyası arxa plandadı. Mən yenidən doğma rinqdə qələbə qazanmaq istəyirəm!”


Digər xəbərlər

Xəbər xətti